Bu gün Bakının Xətai rayonu, Həsən Salmani küçəsində intihar hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, 2007-ci il təvəllüdlü Sofiya Juravlyova yaşadığı binanın 15-ci mərtəbəsindən özünü ataraq intihar edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, 2 gün əvvəl də Həsən Salmani küçəsində - bu gün intiharın baş verdiyi binanın qonşuluğundakı çoxmərtəbəli binada intihar hadisəsi olub. Martın 13-də gecə saat 03 radələrində paytaxt sakini olan 1976-cı il təvəllüdlü Samirə Əsədullayeva Həsən Salmani küçəsi 1 ünvanında (Neftçilər xəstəxanasının arxası) yerləşən 18 mərtəbəli binadan özünü atıb.
Oxu24.com
ŞƏRHLƏR