Ermənistanın müdafiə naziri Suren Papikyan istefa verməyə hazırlaşmadığını bildirib.
Oxu24.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə müdafiə naziri jurnalistlərə açıqlamasında bildirib.
“Mən istefa verməyə hazırlaşmıram”, - o qeyd edib.
Papikyan əlavə edib ki, o, orduda başlanmış islahatları başa çatdırmaq niyyətindədir.
Qeyd edək ki, bir müddət əvvəl Suren Papikyanın istefa verəcəyinə dair məlumatlar yayılıb. Onun istefasının həll olunmuş məsələ olduğu, hazırda onun necə vəzifədən getməsi və hansı postu tutması müzakirə olunduğu deyilirdi.
Baş nazir Nikol Paşinyanın yeni müdafiə naziri kimi, Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanı gördüyü qeyd edilib.
Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR