Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
8486
az

Orduda qeyri-döyüş itkiləri artıb, “gizlədilmiş” itkilər üzə çıxıb... - Səngərin o tayında

20:0202 Yanvar, 2019
997
DÜNYA
  • A
 
Ermənistanda insan haqları müdafiəçiləri 2018-ci il ərzində orduda qeyri-döyüş itkilərinin artdığını bildirir və ictimaiyyətdən "gizlədilmiş" itkiləri açıqlayır.

Oxu24.com "Kavkaskiy uzel"ə istinadən xəbər verir ki, hüquq müdafiəçiləri Artur Sakunts və Janna Aleksanyan ordudakı qeyri-döyüş itkilərinin artmasını komandanlığın cəzasızlığında, texniki və tibbi xidmətlərin pis hazırlığında görür.

Eyni zamanda hüquq müdafiəçiləri qeyd edirlər ki, son vaxtlar təmas xəttində gərginlik azalıb və nəticədə döyüş itkiləri də qeydə alınmır.
 Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin məlumatına görə 2018-ci ilin 9 ayı ərzində Ermənistan ordusunda və Dağlıq Qarabağdakı işğalçı qüvvələrin sıralarında 44 itki qeydə alınıb.Bunlardan 19-u Ermənistan Müdafiə Nazirliyinin hissələrinin payına düşüb, 21-i isə Dalıq Qarabağ "ordusunda" baş verib. Qalan 4 hərbçinin barəsində məlumatlar konkretləşdirilmir.

Habelə hüquq müdafiə təşkilatının hesabatına əsasən cəmi 34 halda hərbçilərin ölümü barədə informasiyalar KİV-lərdə dərc edilib və ya rəsmi mənbələr tərəfindən açıqlanıb. Qalan hallarda hərbçi ölümləri ictimaiyyətdən gizli qalıb.
 Digər hüquq müdafiəçisi Janna Aleksanyan isə deyir ki, "məxməri inqilabdan" sonra Müdafiə Nazirliyində ancaq nazir dəyişib, orduda real dəyişikliklər isə hələ görünmür.

Onun sözlərinə görə, qeyri-döyüş itkilərinin əsas səbəbi komandan heyətinin cəzasızlığıdır. "Məsələn, elə hərbi hissə var ki, 3-4 belə itki qeydə alınıb, amma komandiri hansısa məsuliyyətə cəlb olunmayıb. Qətllərlə bağlı hallarda ancaq günahkar cəzalandırılır, komandan heyəti isə cəzasız qalır"-Aleksanyan deyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

BRİKS-i ABŞ üçün təhlükə hesab etmirik - Ağ Ev
Rusiyada yeni trend: Tabutterapiya - Diri ikən yasını keçirirlər
Cənubi Koreyadan Şimali Koreyaya tələb: Qoşunlar geri çəkilməlidir

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Çində ən kiçik dinozavr yumurtası tapılıb

18+

18+ Toy gecəsinin səhəri gəlini həkimə gətirdilər- Qızlıq pərdəsi müəmması - VİDEO
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Antibiotiklərə görə milyonlarla insan ölə bilər
Meyitləri tapılan ər-arvadın 4 gün öncə övladı ölübmüş...- VİDEO