ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfərdədir.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel tviterdə paylaşım edib.
“Dövlət katibi Blinken bizim Efiopiya və Afrika İttifaqı Komissiyası ilə tərəfdaşlığımızı möhkəmlətmək üçün Əddis-Əbəbədədir”, - tvitdə qeyd olunub.
Xatırladaq ki, daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays E. Blinkenin Efiopiyaya və Nigerə səfər edəcəyini bildirmişdi. Dövlət katibinin Nigerə səfəri amerikan diplomatiyasının tarixində ilk olacaq. Baş diplomatın Nigerin paytaxtı Niameyə ziyarəti martın 16-na planlaşdırılıb.
Nigar
Oxu24.com
ŞƏRHLƏR