Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84796
az

"Tərtər İşi"ndə adları çəkilən generallar kimdir? - Məhkəməyə çağırılacaqlar...

21:5014 Mart, 2023
1443
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan hərb tarixindəki ən böyük cinayət işlərindən sayılan “Tərtər işi” üzrə ilk məhkəmə prosesi başlayıb.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin icraatında olan işə zərərçəkmişlərin say çoxluğu ilə əlaqədar Sumqayıt Məhkəmə Kompleksində baxılıb. Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan iclasda həbs edilmiş 4 yüksək rütbəli hərbçi - Vüsal Ələsgərov, Rəşid Niftəliyev, Ramil Qarayev və Rüstəm Ələsgərovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. İş üzrə 194 zərərçəkmiş olsa da, prosesə təxminə 20-yə yaxın zərərçəkmiş qatılıb. 

Anket məlumatları dəqiqləşdirilərkən məlum olub ki, Vüsal Ələsgərov Tərtərdə N saylı hərbi hissənin komandiri olub. Rəşid Niftəliyev həmin hərbi hissədə qərargah rəisi kimi çalışıb, Ramil Qarayev və Rüstəm Ələsgərov isə N saylı hərbi hissələrin kəşfiyyatçıları olublar. Proses zamanı təqsirləndirilən şəxslərin vəkilləri və zərərçəkmişlər məhkəməyə vəsatət təqdim edib. Hər 4 şəxsin vəkili prosesin qapalı keçirilməsi və təqsirləndirilən şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıblar.

Zərərçəkmişlərdən isə bir neçə nəfər çıxış edərək təqsirləndirilən şəxslərə əlavə ittihamlar verilməsini, bundan başqa iş üzrə 4 nəfərin deyil, daha çox adamın məsuliyyətə cəlb olunmasını istəyiblər. Vəsatətdə Tərtər hadisələri vaxtı korpus komandirləri - general-mayor Hikmət Həsənov və general-leytenant Mayis Bərxudarovun məhkəməyə çağırılması, dindirilməsi və üzləşdirilməsi tələb edilib. Qeyd olunub ki, Tərtər hadisələri baş verən ərəfədə M.Bərxudarovun harada olması telefon siqnalları vasitəsilə yoxlanılmalıdır. Digər zərərçəkmiş Niyaməddin İbadov isə vəsatətlərə münasibət bildirərkən istintaqın yarımçıq aparıldığını deyib: “Korpus komandiri (red. Hikmət Həsənovu nəzərdə tutur, hazırda başqa vəzifədə çalışır) niyə məsuliyyətə cəlb olunmur?! Bu məhkəmə məni qane etmir. Təqsirləndirilən şəxslər arasında daha çox adam olmalıdır. Bu iş bütün ölkənin diqqətindədir. Açıq keçirilməlidir”. Dövlət ittihamçısı Orxan Səmədov vəsatətlərə münasibət bildirərkən qeyd edib ki, məhkəmənin qapalı keçirilməsi və müttəhimlərin ev dustaqlığına buraxılması üçün hüquqi əsaslar yoxdur. O, ittihamların ağırlaşdırılması və yeni şəxslərin məsuliyyətə cəlb olunmaları ilə bağlı vəsatətləri isə məhkəmənin gedişində müzakirə etməyi məqbul sayıb.

Prokuror qeyd edib ki, hazırda Baş Prokurorluq tərəfindən “Tərtər işi” üzrə istintaq hələ davam edir. İş üzrə cinayət törətməsinə dair əsaslı şübhələr yaranarsa, yeni şəxslər məhkəmədə məsuliyyətə cəlb oluna bilər. O, gedişatın zərərçəkmişlərin ifadələrindən asılı olacağını əlavə edib. Hakimlər müşavirəyə yollanıb.

Daha sonra qərar elan olunub. Hakimlər prosesin qapalı keçirilməsi və tutulan şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətləri təmin etməyiblər. Digər vəsatətlər isə baxılmamış saxlanılıb.

Proses martın 28-də baxışa təyin olunub. Qeyd edək ki, bu iş üzrə rəsmi olaraq 192 nəfər hərbçi zərərçəkmiş qismində tanınıb. İttiham olunan 4 nəfər həmin zərərçəkmişlərə ağır işgəncələr verməkdə ittiham olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?
Müdafiə Nazirliyinin 37 yaşlı generalı hansı vəzifəni tutur? - AÇIQLAMA

Dünyanın ən uzun və ən qısa qadını ilk dəfə bir arada -VİDEO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
Sahibkarın 70 min manatını mənimsəyib"TikTok"da    hədiyyələrə    xərclədi