Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84791
az

Kürdə suyun azalması ölkənin kənd təsərrüfatına necə təsir edəcək?

21:2914 Mart, 2023
128
CƏMİYYƏT
  • A

Son zamanlar Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi gündəmə çevrilib, baxmayaraq ki, son iki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bir qədər artıq qalxıb.

Yaranan əsas suallardan biri də Kür çayının qurumasının kənd təsərrüfatına necə təsir göstərəcəyidir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “Report”a bildirib ki, artıq Mərkəzi Aran rayonlarında, Füzuli, Beyləqan, İmişli, Biləsuvar, Saatlı, Sabirabadda su qıtlığı hiss olunur, halbuki hazırda taxıl sahələrinin suvarılması vaxtıdır:

 

"Kürün səviyyəsinin minimum həddən aşağı düşməsi quraqlıqla bağlıdır. Əvvəlki illərdə Kürün səviyyəsi indiki dönəmdən daha yüksək olub. Güclü yağışların yağmaması səbəbindən Araz və Kür çaylarında su bir qədər azdır. Amma bu hələ suyun tam quruması demək deyil”.

 

A.Nəsirli qeyd edib ki, yaşanan problemin əsas səbəbi Kür və Araz çaylarında suyun idarə edilməsi ilə bağlıdır, lakin çaylarda su fəlakət səviyyədə az deyil:

 

“Hazırda bəzi fermerlər normadan artıq su ehtiyatı yaradıblar. Kollektorların aşağı axarında olan fermerlər isə su qıtlığından əziyyət çəkirlər. Su ehtiyatları idarə olunmasa, 2-3 aydan sonra, may ayından etibarən su qıtlığı yarana bilər.

 

Qlobal səviyyədə baxsaq, Azərbaycanın su ehtiyatları ilə onun suvarma torpaqlarının arasında qeyri-mütənasiblik var. Dünya standartlarına görə, hər 1 milyon hektar ərazinin suvarılması üçün 7-8 milyon kubmetr su lazımdır. Azərbaycanın 1,6 milyon hektar suvarılan torpağı var.

Ölkəmizin su ehtiyatı isə 33 milyon kubmetr təşkil edir. Bizim su ehtiyatlarımızla 5 milyon hektar torpağı suvarmaq olar. Amma biz hazırda 1,6 milyon hektar ərazini suvara bilmirik”.

 

Mərkəzin rəhbəri hesab edir ki, su ehtiyatlarının daşınması üçün müasir üsullardan və suvarma sistemlərindən istifadə edilməlidir:

“İsrail dünyanın öndə gedən kənd təsərrüfatı ölkəsi sayılır. İsrailin cəmi 1 milyon hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi var. 2 milyon kubmetr, yəni bizdən 15 dəfə az su ehtiyatı var.

 

Onlar cəmi 3-4 milyon kubmetr həcmində dəniz suyunu saflaşdırırlar, 5 milyon kubmetrlə 1 milyon hektar ərazini, 10 milyon əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının 90 %-ni ödəyir.

Bununla belə ölkə ixracatının 20 %-i kənd təsərrüfatı məhsullarının payına düşür. Yəni biz hazırda su qıtlığı ilə əlaqəli həyəcan təbili çalmaq əvəzinə su təminatı ilə məşğul olmalı və bu sahəyə investisiyalar cəlb etməliyik.

 

Biz investisiyalar sayəsində həm əhalinin kənd təsərrüfatına olan tələbini ödəyə, həm də məhsulların ixracına nail ola bilərik”.

 

"Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin nümayəndəsi Dilqəm Şərifov "Report"a bildirib ki, suyun bölüşdürülməsi aidiyyəti qurumlar tərəfindən koordinasiyalı şəkildə idarə edilir.

 

“Son günlər Mingəçevir su anbarına saniyədə orta hesabla 240 kubmetr (500-600 kubmetr gözlənildiyi halda) su daxil olur və su anbarından Kür çayına 120 kubmetr/san, eyni zamanda Yuxarı Qarabağ kanalına 70 kubmetr/san və Yuxarı Şirvan kanalına 41 kubmetr/san suyun buraxılması təmin olunur.

 

“Mingəçevir su anbarından aşağıda Kür çayı boyunca 12 rayonun ərazisində 252 ədəd nasos stansiyası vasitəsilə 248 min hektar, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanallarının xidməti ərazilərində 250 min hektar, ümumilikdə 500 min hektara yaxın əkin sahələrinin suvarılması ilə yanaşı, əhalinin kommunal-məişət ehtiyaclarının, içməli su məqsədilə modul tipli sutəmizləyici qurğulara və mal-qaraya suyun verilməsi təmin edilir.

 

Mingəçevir su anbarı bir mövsümlük deyil, çoxillik nizamlanan su anbarı olduğundan su anbarına yığılan və ondan verilən sular bir neçə ili əhatə edən dövr ərzində nizamlanmalıdır”, - deyə o qeyd edib.

 

Xatırladaq ki, mart ayının 4-də Kürdə suyun səviyyəsi minimum həddən 60-70 santimetr aşağı düşdüyündən vəziyyət kritik həddə çatdığı bildirilmişdi.

 

Martın 11-dən başlayaraq Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə olunur. İki gündə çayda suyun səviyyəsi 20 santimetrdən bir qədər artıq qalxıb. Bununla belə rayonun yaşayış məntəqələrində vəziyyət kritik olaraq qalır.

 

Salyan şəhəri ərazisində Kürdə artım müşahidə olunsa da, çayın rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində 2-3 santimetr azalma müşahidə olunur.

 

Bu gün Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev deyib ki, Kürün aşağı axarında suyun qalması üçün çalışılır:

 

“Nəzərə almaq lazımdır ki, ətrafda təsərrüfat sahələri və suvarma zamanı çayın suyundan istifadə olunur. Ona görə də suyun müəyyən hissəsini anbarlara toplamalıyıq ki, yay aylarında anbarlarda çayların suyundan istifadə edə bilək. Əgər suyun hamısını buraxsaq, yayda susuz qalarıq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəhbər olmaq istəyənlərin NƏZƏRİNƏ
Bu gün Bakıya sulu qar yağacaq -PROQNOZ
Tənhalığın gözlənilməz TƏHLÜKƏSİ -Bu vəziyyətə düşmə ehtimalı çoxdur

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video