Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84768
az

Kürün suyunun azalmasının səbəbi açıqlanıb

17:1614 Mart, 2023
100
CƏMİYYƏT
  • A

Kür çayının suyunun bir hissəsinin su anbarlarında toplanması və qonşu ölkələrdə çayın suyundan istifadənin artması Azərbaycan ərazisində suyun azalmasına təsir edən amillərdəndir.

Oxu24.com  xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin müvəqqəti rəisi Rafiq Verdiyev deyib.

Onun sözlərinə görə, Kür çayı ölkəyə daxil olanda onun müəyyən hissəsi su anbarlarında toplanılır:

"Əks halda yay aylarında əkin sahələrinin suvarılmasında ciddi problemlə qarşılaşarıq. Ümumilikdə isə əvvəlki illərlə müqayisədə ölkəyə daxil olan suyun həcmi azalıb. Bunun paralelində qonşu ölkələrdə sudan istifadə də artıb ki, bu da Kür çayının suyunun azalmasına təsirsiz ötüşməyib".

Rafiq Verdiyev deyib ki, qarölçmə nəticələrinə görə Kür çayında suyun səviyyəsinin necə olacağı ilə bağlı nəticələr mart ayının sonuna bəlli olacaq:

"Gürcüstanlı həmkarlarımızla daim əlaqədəyik. Qıraqkəsəmən məntəqəsində stansiyamız var və o məntəqə üzrə ölkəyə daxil olan suyun həcmini qiymətləndirəcəyik. Biz Kür çayı ilə bağlı məlumatı əsasən bu məntəqədən alacağıq. Aprel-may aylarında artımın olunması gözlənilsə də, indidən nəsə demək çətindir”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
Böyürtkənin əvəzolunmaz faydaları
İbrahim Tatlısəs Bakıya əlil arabasında gəldi –FOTOLAR

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı