Dünən səhər saatlarında Tovuz rayonunun Qazıqulu kəndi ərazisində yerləşən "Avdıoğulları" hotelində meyiti tapılan 20 yaşlı qızın ölüm səbəbi məlum olub.
Oxu24.com qafqazinfo-ya istinadən xəbər verir ki, hoteldəki nömrələrdən birinin hamamında meyiti tapılan Alubəyli kənd sakini, 2003-cü il təvəllüdlü X.T-nin meyitinə baxış keçirilərkən onun göz nahiyəsində qançır xəsarətinin olması müəyyən edilib.
Aparılan ilkin araşdırmalardan sonra gənc qızın hamamda olarkən sürüşərək yıxılması və başından aldığı ağır xəsarətdən vəfat etməsi məlum olub.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
ŞƏRHLƏR