İranda “terror və təxribat aktları” hazırlamaqda günahlandırılan çoxlu sayda insan saxlanılıb.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,İran Kəşfiyyat Nazirliyindən verilən açıqlamada ilin axır çərşənbəsində qeyd olunan şənlik kimi tanınan “Çərşənbə Suri”sində “hərəkətlər həyata keçirmək məqsədi ilə çoxlu sayda adamın həbs edildiyi bildirilib.
Tehranda 21 nəfər saxlanılıb.Həbslər digər şəhərlərə də davam edib.
Məşhəd şəhərində MEK-ə bağlı qrupa qarşı təşkil edilən əməliyyatda 300 əl istehsalı partlayıcının ələ keçirildiyi, İraq Kürd Regional Rəhbərliyinə (KRG) bağlı İKDP-yə bağlı ünsürlərlə günahlandırılanlara qarşı keçirilən əməliyyatda çoxlu adamın nəzarətə alındığı bildirilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR