Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84732
az

İran-Azərbaycan sərhədində əməliyyat keçirilib, saxlanılanlar var

12:1814 Mart, 2023
118
REDAKTORUN SEÇİMİ
  • A
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” və “Lənkəran” sərhəd dəstələrinin əməkdaşları tərəfindən 24 kiloqram 130 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb, saxlanılanlar var. Bu barədə Oxu24.com-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, mart ayının 13-ü saat 21:55-də keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Deman kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində dövlət sərhədini pozmağa cəhd edən Azərbaycan vətəndaşı Dadaşov Novruz İbrahim oğlu saxlanılıb. Saxlanılan şəxsin üzərinə keçirilən baxış zamanı 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 980 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Bundan başqa, mart ayının 14-ü saat 05:30-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Ərçivan kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxslərin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmaları müşahidə edilib. Aparılan əməliyyat tədbirləri nəticəsində 99-DK-727 dövlət nömrə nişanlı “Mitsubishi” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd edən Bakı şəhər sakinləri - Həsənov Kamil İlyas oğlu və Mirzəyev Novruz Tofiq oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı 2 ədəd bağlamada ümumi çəkisi 18 kiloqram 150 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mərkəzi Bank təcili açıqlama yaydı
Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu