Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84717
az

Özbəkistan vətəndaşı ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib

10:5814 Mart, 2023
107
  • A

ABŞ-da terror aktı törəədn şəxsin cəzası məlum olub.

Oxu24.com  BBC-yə istinadən xəbər verir ki, 2017-ci ildə Nyu-Yorkda 8 nəfərin ölümü ilə nəticələnən terror aktı törədən Özbəkistan əsilli Saifullo Saipov ABŞ-da ömürlük həbs cəzasına məhkum edilib.


Prokurorluq təqsirli bilinən Saipova ölüm cəzası verilməsini tələb edib, Lakin buna nail olunmayıb.

Saipov 2010-cu ildə ABŞ-a köçüb. 31 oktyabr 2017-ci ildə o, kiçik yük maşını icarəyə götürərək onu velosiped yoluna çıxarıb. Ölən səkkiz nəfər arasında Argentinadan səfər edən beş dostdan ibarət bir qrup var .Hadisədə  12 nəfər yaralanıb. Saipovu qarnından güllələyən polislər saxlayıblar. Saipov onu "əsgərlərindən" biri adlandıran "İslam Dövləti" cihadçı qruplaşması adından hərəkət etdiyini iddia edib.

Saifullo Saipov qalan günlərini Kolorado ştatındakı ADX Florence federal həbsxanasında keçirəcək. Bu həbsxanada 2013-cü ilin aprelində Boston marafonunun finiş xəttində partlayışların təşkilinə görə ölüm cəzasına məhkum edilmiş Coxar Tsarnayev saxlanılır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İndoneziyanın yeni prezidenti Rusiyaya gedir
ŞOK! İranın paytaxtı raketlə vuruldu: Öldürülən şəxs görün kimdir
TikTok-un baş qərargahında kütləvi zəhərlənmə baş verib

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
“Məşədi Dadaş” məscidinin imamına sui-qəsd təşkil edən şəxs həbs olundu