Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84714
az

Son iki ayda 7,7 min şəxsə əlillik təyin olunub

10:2814 Mart, 2023
122
CƏMİYYƏT
  • A
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu ilin yanvar-fevral ayları ərzində 7,7 min şəxsə əlillik təyin edib. Bu barədə Oxu24.com-a nazirlikdən məlumat verilib. Qeyd olunub ki, onlardan 3,7 mininə ilkin, 4 mininə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən əlilliyə görə proaktiv qaydada sosial ödənişlər təyin edilir. Həmçinin Agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 10,3 min şəxsə reabilitasiya xidməti göstərilib və 2,7 min şəxs 12,6 min reabilitasiya vasitəsi ilə təmin edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ərdoğan Suriyaya gedəcək
İran valyutası ilə bağlı KRİTİK QƏRAR -Dörd sıfır silinəcək
Bu ölkədə 6,1 bal gücündə ZƏLZƏLƏ OLDU

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Almaniyada dəhşətli terror: 11 ölü, 80 yaralı var -YENİLƏNDİ