Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84608
az

Bakıda avtomobildən 3700 manatlıq oğurluq edilib

11:5813 Mart, 2023
103
KRİMİNAL
  • A

Bakıda avtomobildən 3700 manatlıq oğurluq edilib.

Bu barədə Oxu24com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu ərazisində “Volvo” markalı bir avtomobildən 3700 manat dəyərində gödəkcə, noutbuk və açar, Nərimanov rayonu ərazisində isə “Mercedes” markalı digər avtomobildən qeyri-aşkar şəraitdə noutbuk oğurlanması barədə polisə məlumatlar daxil olub.

Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməllərində şübhəli bilinən Bakı şəhər sakini Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi
Azərbaycan sərhədini pozan 26 nəfər saxlanıldı - FOTOLAR
Mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürüldü