ABŞ-ın Texas ştatının rəsmiləri Amerika vətəndaşlarına təhlükəsizlik baxımından yaz tətili zamanı Meksikaya getməmək barədə xəbərdarlıq edib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Texas İctimai Təhlükəsizlik Departamenti narkotik kartellərinin zorakılığının Meksikaya keçən hər kəs üçün əhəmiyyətli təhlükə yaratdığını açıqlayıb.
Xəbərdarlıq keçən həftə dörd amerikalının sərhədi keçdikdən qısa müddət sonra oğurlanmasından sonra edilib. Bu şəxslərdən 2-si öldürülüb, 2-si isə sağ-salamat buraxılıb.
Bazarda paltar satmaq üçün Meksikaya gedən 3 ABŞ qadınının 2 həftədən çoxdur itkin düşdüyü məlum olub.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR