Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84596
az

Sürücü sükan arxasında öldü,piyadalar maşının altında qaldı - HADİSƏ YERİNDƏN VİDEO

10:3813 Mart, 2023
578
  • A

Bakının Nizami rayonunda ağır yol qəzası zamanı 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, Qazıbəyov Elçin Aydın oğlu idarəetməsində olan “Honda” markalı avtomobillə hərəkətdə olan zaman qəfil ürəktutmasından ölüb.

Bu zaman avtomobildə olan qadın sərnişin sükanın istiqamətini dəyişib.

İdarəetmədən çıxan “Honda” yol kənarındakı nişanlara çırpılıb.

Zərbədən qırılan nişanlar səkidə ayrı-ayrı istiqamətdə dayanan piyadaların üzərinə düşüb.

Daha sonra nəqliyyat vasitəsi yol kənarındakı ağaclara çırpılaraq dayanıb.

Hadisə şahidləri nəqliyyat vasitəsində müştəri olan qadını və onun azyaşlı uşağını maşından çıxarıblar.

Onlara təcili yardım briqadası tibbi yardım göstərib.

Hadisə nəticəsində 4 piyada müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Nizami Rayon Polis İdarəsinin ekspertləri sürücü, Elçin Qazıbəyovun ölüm səbəbini araşdırırlar.

Xəstəxanadan verilən məlumata görə, səhiyyə ocağına müraciət edən 4 piyadadan yalnız birinin vəziyyəti ağırdır.

O, 1979-cu il təvəllüdlü Şahsevənov Seymur Barat oğludur.

Faktla bağlı avtotexniki ekspertiza işləri aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİN AÇIQLAMA YAYDI: 53 nəfər saxlanılıb
Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Moskvada azərbaycanlı iş adamını oğlu öldürdü