Rusiyadan pul alan şəxslər tutulub.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki,Moldova polisindən verilən açıqlamada, paytaxt Kişinyovda hökumət əleyhinə nümayişlər zamanı qarışıqlıq yaratmaq üçün pul alan Rusiya tərəfindən dəstəklənən 7 nəfərin saxlanıldığı bildirilib.
Moldovada Rusiyanın dəstəklədiyi iğtişaşlar planının qarşısı polis tərəfindən alınıb.
Onlara “kütləvi iğtişaşların təşkili üçün 10 min dollar təklif edildiyi” bildirilib.
Bugünkü etiraz aksiyaları zamanı həmçinin 54 etirazçının “şübhəli davranış”a görə saxlanıldığı bildirilib.
Hökumətə qarşı etirazı ölkənin 101 yerlik parlamentində 6 mandata malik və Rusiyayönlü Şor Partiyasının dəstəklədiyi özünü Xalq Hərəkatı adlandıran qrup təşkil edib.
Nümayişçilər Moldova prezidenti Maia Sandunun istefasını tələb edərək hökuməti enerji qiymətlərinin qalxmasından sonra qanun layihələrini yerinə yetirməyə və “ölkəni müharibəyə aparmamağa” çağırıblar.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR