Şanlıurfanın Siverek rayonunda qayalarda oynayan 11 yaşlı qız tonlarla ağırlığındakı qayanın altına düşüb.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki,xilas edicilər tərəfindən qayanın altından çıxarılan kiçik uşaq aparıldığı xəstəxanada dünyasını dəyişib.
Siverekin Bayırözü məhəlləsində dostları ilə evinin ətrafında qayaların üzərində oynayarkən tonlarla daş 11 yaşlı uşağın üzərinə aşıb. Vəziyyəti anlayan ailəsi öz səyləri ilə uşağı qayanın altından çıxara bilməyib, vəziyyəti jandarma və yanğınsöndürmə bölməsinə bildirib.
. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Tərcümə: Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR