Milli Müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) Hatay Serinyoldakı Logistika Dəstək Bazasında təşkil edilən Anadolu Agentliyinin (AA) redaksiyasında gündəmlə bağlı açıqlamalar verib.
Oxu24.com Türkiyə mediasına istinadən xəbər verir ki, Kahramanmaraş mərkəzli zəlzələlərin böyük fəlakətə səbəb olduğunu xatırladan Akar, fəlakətdən sonra dövlət qurumlarının ciddi mövqe tutduğunu və dövlət-millətin bir ürəklə əl-ələ verərək mübarizəsini davam etdirdiyini bildirib.
Milli Müdafiə naziri bildirib ki,6 Fevraldan bu yana terror təşkilatı PKK tərəfindən 8 hücum olub. Cavab əməliyyatları zamanı 53 terrorçu zərərsizləşdirildi.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR