Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84516
az

Həbs olunanların sayı 279-a çatıb

14:1412 Mart, 2023
114
DÜNYA
  • A

Türkiyədə Kahramanmaraş mərkəzli zəlzələlərdə dağılan və ya tikinti qaydalarına zidd dəyişikliklərin aşkarlandığı binalarla bağlı aparılan araşdırmalarda 99-u podratçı, 149 bina nəzarətçisi, 13 bina sahibi, 18 binada dəyişiklik edən 279 şübhəli şəxs həbs edilib.

Oxu24.com  xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Əldə edilən məlumata görə, fevralın 6-da Kahramanmaraş mərkəzli zəlzələ nəticəsində dağılan və ya qanun pozuntusuna yol verildiyi müəyyən edilən binalarla bağlı Baş prokurorluqlar tərəfindən başladılan araşdırmalarda 1171 şübhəlinin məsuliyyəti müəyyən edilib.

İstintaqlar çərçivəsində 77-si podratçı, 217-si binaya cavabdeh, 45-i binaların sahibi, 31-i binada dəyişiklik edən 370 şübhəli şəxs barəsində məhkəmə nəzarəti həyata keçirilib.

Bundan başqa, 250 şübhəli barəsində axtarış elan edilib, 95 nəfər barəsində isə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar zamanı 22 şübhəlinin xaricdə olduğu müəyyən edilib, 103 şübhəli isə ifadələri alındıqdan sonra sərbəst buraxılıb.

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rostov vilayətinə raket hücumu olub
13 nəfər dənizdə öldü
Özbəkistan Rusiya Federasiyasına Kirillovun qətli işində saxlanılan şəxs haqqında məlumat göndərib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Şirkət maşınına basqın edib 127 min apardılar- Polis yaxaladı - Video