İstanbulun Büyükçekmece bölgəsində yerləşən Quran kurslarının birində dəhşətli hadisə yaşanıb.
OXU24.COM lent.az-a istinadən bildirir ki, kursda müəllimlərin şagirdləri qəddarcasına döydüyü anlar sosial şəbəkələrdə yayılıb.
Dini təhsil almaq üçün gələn uşaqlarla bu cür rəftar edilməsi qınanılıb.
Demək olar ki, bütün sosial platformalarda izləyicilər kursun bağlanmasını və həmin müəllimlərin layiqli cəza almasını tələb edib.
Məlumata görə, artıq həmin şəxslər polis tərəfindən saxlanılıb.
Sözügedən görüntüləri təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR