Mikrodalğalı sobaların istifadəsi səbəbindən xərçəngin inkişaf riski olduqca aşağıdır, lakin belə bir ssenarinin mümkün olduğu vəziyyətlər var.
Oxu24.com xəbər verir ki, onkoloq İvan Karasev "Doctorpiter" portalına bildirib.
Mütəxəssis izah edib ki, insan orqanizmi davamlı olaraq xərçəngin yarandığı genetik mutasiyalarla mübarizə aparır, lakin immun sistemi zəifləyib təhlükəli hüceyrələr keçərsə, şişlər yaranır.
Karasev xatırladıb ki, mikrodalğalı sobalar 1960-cı illərdən istehsal edilib və o vaxtdan o qədər təkmilləşib ki, onkoloji xəstəliklər baxımından insanlar üçün təhlükə yaratmır.
“Amma biz ustalar tərəfindən, necə deyərlər, diz üstə düzəldilmiş nasaz, sertifikatsız avadanlıqlardan istifadə etsək, risklər yaranır”, - deyə o xəbərdarlıq edib.
Həkim həmçinin işləyən sobadan təhlükəsiz məsafə saxlamağı tövsiyə etdi - adətən təxminən yarım metr. Eyni zamanda vurğulayıb ki, evdə bu qayda pozulsa belə, özünə zərər vurmaq çətindir.
Mikrodalğalı sobaya birdəfəlik qabları qoymamaq və qızdırmaq üçün xüsusi qablardan istifadə etmək daha vacibdir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR