Fransanın paytaxtı Paris şəhərində polis pensiya əleyhinə nümayişlərdə iştirak etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Oxu24.com xəbər verir ki, bu barədə “BFMTV” teleradio şirkəti məlumat yayıb.
Hazırda yürüş iştirakçılarının qarşısı Bastiliya meydanında dayandırılıb.
Qeyd edək ki, martın 11-də bütün Fransada pensiya islahatı layihəsinə qarşı ümummilli tətil keçirilir. “SNCF” milli şirkətinin qatarlarının hərəkəti pozulub, Paris Orli hava limanında uçuşların təxminən 20%-i təxirə salınıb. Ölkə üzrə 230 etiraz aksiyası təşkil edilib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR