Sarımsaq təbii antibiotik mənbəyidir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, səhər yeməyi zamanı sarımsaq yemək bir çox xəstəliklərin müalicəsində faydalı olur.
Ekspertlər sarımsağın depressiya, diabet və xərçəngin bəzi növlərinin müalicəsi zamanı çox effektli olduğunu bildiriblər:
“Sarımsağın ən effektli xüsusiyyətlərindən biri də onun respirator xəstəliklərin əlamətlərinin qarşısını almaq qabiliyyətidir. Gündə 1 diş sarımsaq yemək astma, bronxit, vərəm və bir çox xəstəliklərin müalicəsində çox faydalıdır. Hər gün 1 diş sarımsaq yeyən adamlar soyuqdəymə xəstəliyinə tutulmurlar. Həmçinin sarımsaq yeyən adamlarda diş xəstəliklərinə rast gəlinmir”.
ŞƏRHLƏR