Ağdaşda məktəbdən və əyləncə parkından oğurluq edən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a verilən məlumata görə, şəhər ərazisində yerləşən məktəblərin birindən ümumi dəyəri 12 min manata yaxın olan 15 ədəd kompüterin və proyektorun oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxsin yetkinlik yaşına çatmayan rayon sakini olduğu müəyyən edilib və oğurladığı kompüterlər ondan maddi sübut kimi götürülərək istintaqa təhvil verilib.
Keçirilən digər əməliyyatlar zaman isə rayondakı MMC-lərdən birindən 5 tonluq metal dayaq və Ağdaş mərkəzi parkındakı atraksionun generatorunu və kabelini oğurlayan iki yeniyetmə saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin şəxslər də müəyyən olunub və oğurlanmış əşyalar onlardan maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb.
Oxu24.com
ŞƏRHLƏR