İran Rusiyanın Sukhoi-35 (Su-35) döyüş təyyarələrinin satınalma prosedurlarının tamamlandığını açıqlayıb.
Oxu24.com xəbər verir ki, İran dövlət televiziyasının verdiyi xəbərə görə, İranın BMT-dəki (BMT) Daimi Nümayəndəliyinin məlumatına əsasən Rusiyadan Su-35 təyyarələrinin alınması yekunlaşıb.
Bildirilib ki, 1988-ci ildə İran-İraq müharibəsindən sonra İran bəzi ölkələrə döyüş təyyarələri almaq üçün müraciət göndərib və Rusiya bu müraciətə müsbət cavab verib.
Bildirilib ki, 2007-ci ildən etibarən BMT-nin İrana qarşı tətbiq etdiyi silah embarqosu 2020-ci ilin oktyabrında qaldırıldıqdan sonra Rusiyadan Su-35 təyyarələrinin alınmasına cəhdlər edilib və nəhayət, döyüş təyyarələrinin satınalma prosedurları tamamlanıb.
Xəbərdə alqı-satqı müqaviləsinin nə vaxt bağlandığı və Rusiyadan İrana nə qədər Su-35-in gətiriləcəyi barədə məlumat verilməyib.
Ölkə mətbuatında yer alan xəbərə görə, İran ilk olaraq Rusiyadan 24 döyüş təyyarəsi alacaq.
Tehranın 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri ilə Almaniya arasında imzaladığı nüvə razılaşmasına uyğun olaraq, beynəlxalq silah embarqosu 13 il müddətinə tətbiq edilib və bəzi İran rəsmilərinin beynəlxalq səyahət qadağası 2020-ci ildə ləğv edilib.
Rusiyanın “Sukhoi” şirkəti tərəfindən hazırlanmış bir oturacaqlı, ikimühərrikli Su-35 çoxməqsədli dördüncü nəsil qırıcı kimi istifadə olunur.
Embarqolar səbəbindən uzun müddətdir döyüş təyyarələri ala bilməyən İranın Hərbi Hava Qüvvələrinin inventarında ABŞ istehsalı olan köhnə F-4, F-5 və F-14, həmçinin Rusiyanın Mig-29 və Su-24 döyüş təyyarələri var. .
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR