ABŞ prezidenti Co Baydenin "fövqəladə vəziyyət" elan etdiyi Kaliforniya ştatında dünən başlayan yeni güclü yağış və fırtınalı hava dalğası nəticəsində 14 nəfər həyatını itirib.
Oxu24.com xəbər verir ki, ABŞ mətbuatında yer alan xəbərlərə görə, ştatın mərkəzi və şimal hissələri yenidən güclü yağış və tufanların təsiri altına düşüb.
Kaliforniya Nəqliyyat Departamentinin Twitter hesabında yayılan məlumatda deyilir ki, su basma, güclü qar yağması riski var, bu da yolların bağlanması və qar uçqunu ehtimalını artırır.
Dövlət fövqəladə hallar rəsmiləri dünən kəskin hava şəraitinin ən çox zərər çəkəcəyi gözlənilən ərazilərə "evakuasiya xəbərdarlığı" veriblər.
Dağlıq ərazilərə bir neçə metr qar yağacağı, alçaq ərazilərdə isə güclü yağış və əriyən qarın “daşması” gözlənilir.
Tərcümə:Nigar
Oxu24.com
ŞƏRHLƏR