Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84407
az

İlham Əliyev: “Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir”

14:5911 Mart, 2023
227
SİYASƏT
  • A

“Çin Azərbaycan üçün etibarlı tərəfdaş və dost dövlətdir. Biz Azərbaycan ilə Çin arasında tarixi ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş münasibətlərə xüsusi əhəmiyyət veririk. Dövlətlərarası əlaqələrimizin gündən-günə yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması və yeni məzmun kəsb etməsi məmnunluq doğurur”.

Oxu24.com xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinə ünvanladığı məktubda yer alıb.

“Daim genişlənən siyasi dialoqumuz, iqtisadiyyat, nəqliyyat, logistika, infrastruktur, investisiya, enerji və digər sahələrdə uğurlu əməkdaşlığımız, “Kəmər və yol”, “Orta dəhliz” layihələri çərçivəsində tərəfdaşlığımız, Çin şirkətlərinin ölkəmizin işğaldan azad olunmuş ərazilərində aparılan bərpa və yenidənqurma işlərində fəal iştirakı sıx münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir”, - məktubda vurğulanıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Lavrov Ukrayna ilə mümkün danışıqlara münasibət bildirdi
Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər -YENİLƏNDİ
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Almaniyada qədim slavyanların qeyri-adi dəfn yeri tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
"Al Market" vətəndaşları belə aldadır - FOTO
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
FHN-in əməkdaşı güllələnərək qətlə yetirilib