Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84388
az

Hava ilə bağlı AÇIQLAMA

11:3111 Mart, 2023
115
CƏMİYYƏT
  • A

Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək.

Oxu24.com-un xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev bildirib ki, duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

“Gecə saatlarında buludsuz və az sürətli cənub-şərq küləkləri yer səthində əks şüalanma nəticəsində havanın effektiv soyumasına səbəb olub. Bunun nəticəsində yerüstü hava qatında duman əmələ gəlib".

R.Verdiyev qeyd edib ki, Şabran, Sabirabad, Salyan, Cəfərxan, Neftçala, Biləsuvar, Bakı, Sumqayıt, Maştağa, Binə, Neft Daşları, Pirallahı, Çilov adasında duman müşahidə olunur və dumanda görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır.

"Dumalı hava şəraiti martın 12-dək fasilələrlə davam edəcək".

Rafiq Verdiyevin sözlərinə görə, mart ayı üçün xarakterik olmayan yüksək temperatur rejimi fonunda temperatur martın 10-da iqlim normasından 4 dərəcə yüksək olub. Bakıda və Abşeron yarımadasında isə maksimal temperatur 14 dərəcə qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hərbi Dəniz Qüvvələrinə yeni komandan    təyin     edildi
Xoşqədəm Hidayətqızına məhkəmədən daha bir  QADAĞA
Dövlət Komitəsindən mina təhlükəsi ilə     bağlı      MƏLUMAT

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Əvəz Zeynallının həbs     müddəti     azaldıldı