Türkiyə sanksiyalar altında olan malların Rusiyaya tranzitinə qadağa qoyub.
Bundan sonra ölkə ərazisindən daşınan, xüsusilə Rusiyaya aparılan mallara ciddi nəzarət tətbiq ediləcək.
Məlumata görə, bunu Türkiyə hakimiyyətində adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmilərdən biri bildirib.
O qeyd edib ki, sözügedən qərar martın 1-dən tətbiq olunmağa başlayıb.
Bu haqda isə hələ ki, Türkiyə mətbuatında və ya bu ölkənin rəsmi adamları tərəfindən heç bir açıqlama verilməyib.
Oxu24.com
ŞƏRHLƏR