Polşa sərhədini möhkəmləndirməyə davam edir.
Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhəd xəttində möhkəmləndirmə işləri aparıb.
Oxu24.com xəbər verir ki, bu barədə Polşa baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşçak məlumat verib.
Bu, Rusiya və Belarus hökumətlərinə qarşı çəkindirmə məqsədi daşıyır
Sosial media hesabında Belarus sərhədində aparılan işlərlə bağlı məlumat və görüntüləri paylaşan Blaşcak, işin Rusiya və Belarus hökumətlərinə qarşı müdafiə və çəkindirmə strategiyasının bir hissəsi olduğuna diqqət çəkib.
Miri Məcidli
ŞƏRHLƏR