Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84369
az

Güclü zəlzələ gözlənilir  -  XƏBƏRDARLIQ

08:4411 Mart, 2023
605
REDAKTORUN SEÇİMİ
  • A

“Manisa şəhərinin Turqutlu rayonunda maksimum 7 maqnitudada, təxminən 35 saniyə davam edəcək zəlzələni proqnozlaşdırıram”.

Oxu24.com “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin Manisa şəhərinin Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan deyib.

O, zəlzələ zamanı çox dağıntının ola biləcəyini proqnozlaşdırır.

“Turqutluya baş çəkmək imkanım oldu. Bəyəndiyim və bəyənmədiyim tikililər var”, - alim qeyd edib.

Manisanın Turqutlu rayonundakı binaların zəlzələyə davamlılığını araşdıraraq hesabat hazırlayan prof. dr. Övgün Ahmet Ercan zəlzələnin başvermə müddətinin uzanmasının dağıntıları da artırdığını bildirib. O, qeyd edib ki, təməlinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan binalar “intihar” evləridir və bunlar qısa zamanda müəyyən edilməlidir.

“Turqutluda evlərin dam örtüyü var, bu, yaxşı haldır. Dam olmalıdır. Mən şəhərdə bünövrəsinin dərinliyi 80 santimetrdən 1 metrə qədər olan tikililər görmüşəm. Bunlar intihar evləridir, bu binaları qısa zamanda müəyyən etmək lazımdır. Zəlzələ nə qədər böyük olarsa, sarsıntı bir o qədər uzun sürər. Sarsıntının müddəti nə qədər uzun olarsa, dağıntı da bir o qədər çox olar”, - Övgün Ahmet Ercan əlavə edib.

 

Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xərçəngdən vəfat edən jurnalist Natəvan Babayevanın yarımçıq qalan həyat yolu - VİDEO
Hava ilə bağlı AÇIQLAMA
Ağadadaş Ağayevin balta atdığı gözətçi danışdı - Sensasion iddialar, şok gerçəklər! - VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi