Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84363
az

Pakistan 5 terrorçu məhv edilib

22:0710 Mart, 2023
69
DÜNYA
  • A

Pakistanın Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində baş verən qarşıdurmada təhlükəsizlik qüvvələri 5 yaraqlını zərərsizləşdirib.

Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, Pakistan ordusundan verilən açıqlamada təhlükəsizlik qüvvələrinin Şimali Vəziristan və Cənubi Vəziristan bölgələrində ayrı-ayrı əməliyyatlar həyata keçirdiyi bildirilib. Toqquşmalarda 5 yaraqlının zərərsizləşdirildiyi bildirilib.

Pakistan ordusunun bəyanatında yaraqlıların hansı təşkilata mənsub olduğu barədə məlumat verilməyib.

Martın 8-də Şimali Vəziristanda 9 yaraqlı zərərsizləşdirilib.

 

Son aylar Pakistanda, xüsusən də Hayber Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı (TTP) tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan bu iddiaları rədd edir.

Yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olub.

Martın 6-da Bəlucistanda intiharçı hücumu nəticəsində 10 polis həlak olub.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ genişmiqyaslı müharibəyə hazırlığını qiymətləndirdi
Rusiya və Çin ABŞ-ın dəniz dibi hüququna meydan oxuyur
Rusiya hərbi dəniz qüvvələrinin genişmiqyaslı təlimləri başladı

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi