Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Həsrət Əmrahov vəzifəsindən azad edilib.
OXU24.COM Trend-ə istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bu barədə əmr imzalayıb.
İcra başçısının əmri ilə Birliyin direktoru vəzifələrinin icrası direktor müavini Mirdamət Seyidova həvalə edilib.
Məlumatı Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən təsdiqləyiblər.
Oxu24.com
ŞƏRHLƏR