"Vaqner" Baxmuta girib.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki, “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin bildirib ki, “Vaqneritlər” Ukraynanın Donetsk vilayətinin Baxmut şəhərinin içərisinə doğru gedirlər.
"Vaqner" Baxmutun içərisinə doğru irəliləməyə davam edir",- deyə Priqojin Telegram kanalında yazdığı şərhdə bildirib.
"Vaqner" PMC Baxmutun bütün şərq hissəsini nəzarətə götürüb. Ən çətin döyüşlərdən biri Zabaxmutka ərazisində baş verib.Əsas vəzifə düşməni Vatunin zolağı ilə Nekrasov küçəsi arasındakı çoxmərtəbəli binalardan darmadağın etmək olub.
“Rostovskaya küçəsi və Pervomayski zolağından indi düşmən qüvvələrinin cəmləşdiyi şəhərin mərkəzini görə bilərsiniz”, - deyə Priqojin qeyd edib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR