Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84288
az

Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilir

14:1510 Mart, 2023
116
DÜNYA
  • A

Gürcüstan parlamentinin binası qarşısında aksiya keçirilir.

Oxu24.com  “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, etirazçılar parlamentin binası önünə toplaşıblar.

Hazırda qanunverici orqanda deputatlar “Xarici agentlər haqqında” qanun layihəsini müzakirə edirlər. Məlumata görə, qanun layihəsi ikinci oxunuşda da keçməyib. 1 nəfər layihənin lehinə, 35 nəfər əleyhinə səs verib, 58 parlamentari isə bitərəf qalıb.

Xatırladaq ki, martın 7-də axşam saatlarında “Xarici agentlər haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edildikdən sonra Gürcüstan parlamentinin binası yaxınlığında etirazçılarla Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin hərbçiləri arasında toqquşma baş verib. Polis etirazçılara qarşı su şırnaqları və gözyaşardıcı qazdan istifadə edib, buna cavab olaraq etirazçılar onlara və parlament binasına molotov kokteyli və daş atmağa başlayıb, həmçinin barrikadalar qurub.

Gürcüstanda “Xarici agentlər haqqında” qanun layihəsi Rusiya qanununun analoqu adlanır. Onun qəbulunu hakim “Gürcü arzusu” partiyası dəstəkləyir.

Gürcüstan Prezidenti Salome Zurabişvili qanuna veto qoyacağını vəd edərək etirazçıları dəstəkləyib. Ardınca hakim partiya qanun layihələrini parlamentdən geri götürdüyünü açıqlayıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu ölkə Rusiyaya olan   borcunu      ödəmir
Medvedev NATO rəsmilərini Rusiyanın qanuni hədəfi adlandırıb
Zelenski Donbass və Krımın itirildiyini     etiraf    edib

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Əvəz Zeynallının həbs     müddəti     azaldıldı