Lyamblya kimi tanıdığımız parazit qurdlardan lyamblioz - bağırsaqda yaşayan qurddur.
OXU24.COM "Medicina"-ya istinadən xəbər verir ki, bu qurdların daşıyıcıları siçovullar, siçanlar, pişiklər və itlər də daxil olmaqla bir çox heyvanlardır. Lakin insan orqanizmində yaranan bu parazitə səbəb insan özüdür.
Bu parazit bağırsağın funksional pozğunluğuna səbəb ola bilər. Normalda bu parazitin daşıyıcısının heç bir şikayəti olmaya bilər.
Lyamblya paraziti ağızdan qida və ya su yolu ilə daxil olur. Bədəndən nəcis vasitəsi ilə xaric olur.
Lyambliya paraziti iki formada vegetativ və kist şəklində olur. Parazitlər qidalanır və böyüyür. Bədəndən xaric olduqdan sonra isə kistlər canlı qalır.
Bu parazitin simptomları qarın nahiyyəsində ağrı, meteorizm, nəcisin pozulması, allergik reaksiyalar və nevrotik simptomlardır.
Lyambliya parazitinin spesfik simptomu var ki, digər xəstəlikləri müalicə etdikdə, özünü göstərmir. Müəyyən analiz vermədikdə isə bu parazitin bağırsaqda olub - olmamasından xəbərsiz olmaq olar. Analiz yolu nəcisin erkən yoxlanmasıdır.
Oxu24.com
ŞƏRHLƏR