“Ağ qızılgül” antifaşist hərəkatının sağ qalan sonuncu üzvü Traute Lafrentz 104 yaşında vəfat edib.
Oxu24.com xəbər verir ki, bu barədə Almaniyanın ən böyük xəbər agentliyi DPA Münhendəki "White Rose" Fonduna istinadən məlumat yayıb.
Lafrentsin ölüm səbəbi açıqlanmayıb.
Traute Lafrentz 3 may 1919-cu ildə Hamburqda anadan olub. Peşəsi ilə qadın həkim və antroposof idi.
İkinci Dünya Müharibəsi illərində nasizmin təzahürlərinə qarşı mübarizə aparan "Ağ qızılgül" müqavimət qrupunun üzvü idi. 2019-cu ildə Almaniya Xarici İşlər Nazirliyi Lafrentsi “Xidmətlərə görə” ordeni ilə təltif edib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR