Xüsusi əməliyyat çərçivəsində Kalabriya bölgəsində İtaliya mafiyasının 49 üzvü saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.
Saxlanılanlar Gioia Tauro bölgəsində yerləşən tarixi Ndrangheta klanlarının, Piromali və Mole üzvləridir.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının məlumatına görə, İtaliya mafiyasının 34 üzvü nəzarətə götürülüb, 15-i isə ev dustaqlığındadır.
Qeyd edək ki, 'Ndrangheta böyük italyan mütəşəkkil cinayət qrupudur, dünyanın ən nüfuzlu cinayət təşkilatlarından biridir.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR