“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənov Göyçay şəhərində Göyçay və Ağdaş rayonlarından olan sakinləri qəbul edəcək.
Oxu24.com xəbər verir ki, martın 17-də saat 10:00-da başlayacaq qəbul başlayaraq Göyçay şəhəri Heydər Əliyev Mərkəzində keçiriləcək. Qəbulda sakinlərin aidiyyəti üzrə müraciətləri dinləniləcək.
Vətəndaşlar qəbul üçün Göyçay və Ağdaş sukanal sahələrinə, həmçinin 431-47-67 (daxili: 22-92, 22-93) nömrəsi və [email protected] elektron poçtu vasitəsilə ilə “Azərsu” ASC-yə müraciət edə bilərlər.
Oxu24.com
ŞƏRHLƏR