Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84159
az

Təcili işçi tələb olunur: Maaş 1700 azn

11:3509 Mart, 2023
800
ELANLAR
  • A

Baku Bus

PR – menecer (İctimaiyyətlə əlaqələr üzrə)
 Son tarix 04 apr 2023 [email protected]

İş barədə məlumat:
PR strategiyasının yaradılması və həyata keçirilməsi
Kütləvi informasiya vasitələri ilə işin təşkili, media hovuzunun formalaşdırılması məqalələrin, xüsusi PR layihələrin yaradılması
Müsahibələrin təşkili. PR fəaliyyətləri Aparılan fəaliyyətlərin təhlili və qiymətləndirilməsi
Tədbirlər üçün məruzəçilərin axtarışı, həmçinin hadisələrin işıqlandırılmasına köməklik
Dövlət qurumlarının protokolları və PR xidmətləri ilə qarşılıqlı əlaqə
Sosial şəbəkələr ilə (facebook, instagram,Tik-tok,şirkətin rəsmi saytı və s.) işləmək və ofis  proqramlarını bilmək
Press-relizlərin hazırlanması
Sosial şəbəkədə vətəndaşlar tərəfindən daxil olan sorğuları şirkətin adından korporativ etika  çərçivəsində cavablandırmaq
Namizəd üçün tələblər:
Ali təhsil
Azərbaycan dili mükəmməl, Rus, İngilis dil biliyi
Bu sahədə ən azı 5 il iş təcrübəsi
Kreativ ideyalı və yaradıcı qabiliyyətli
Məsuliyyətli və diqqətli olmaq
Komandada işləmə bacarığı
Stresə davamlı
Nitq qabiliyyəti
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

 

Sürücü hazırlığı ilə bağlı layihə
 Son tarix 04 apr 2023 [email protected]

“BakuBus” MMC sürücülərin işə qəbulu məqsədilə Dövlət Məşğulluq Agentliyi və Bakı Nəqliyyat Agentliyi Sürücü Təlim Mərkəzi MMC ilə birgə layihənin həyata keçirir. Məqsəd “B” və “BC” kateqoriyalı sürücülərin ixtisasının artırılması hesabına “D” kateqoriyası üzrə hazırlığın təşkili və “BakuBus” MMC-də işə qəbul edilməsidir. Layihə çərçivəsində 50 nəfər işsiz “B” və “BC” kateqoriyalı sürücülərin “BakuBus” tərəfindən ilkin seçimi və layihəyə cəlb edilməsinin həyata keçirilməsi, ilkin seçilmiş namizədlərə sürücü hazırlıq məktəbində kurs keçirilməsi, layihəyə cəlb edilmiş namizədlərin işədüzəltmə üzrə dövlət dəstəyi mexanizmlərindən (müxtəlif təlimlər, təlim müddətində təqaüd və s.) yararlanmaq, növbəti mərhələdə Sürücü Təlim Mərkəzində hazırlıq səviyyəsinin artırılması və “BakuBus” MMC-də işə qəbula təminat verilir.

Tələblər:
Yaşı 25-dən az, 65-dən çox olmayan şəxslər.
B, BC sürücülük vəsiqəsinə malik olan şəxslər.
Minimum 5 il sürücülük hüququ olan şəxslər.
Azərbaycan Respublikasının vətəndaşı olan şəxslər.
Məhkumluğu olmayan şəxslər (imtiyazları DMA-da uyğun görülən)
Sağlamlıq imkanları məhdud olmayan şəxslər.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Email-in mövzu hissəsində “Sürücü hazırlığı ilə bağlı layihə” göstərməyiniz xahiş olunur.

 

Mal-material uçotu üzrə baş mütəxəssis
 Son tarix 08 mar 2023 [email protected]

Öhdəliklər:
Mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında və düzgün əks etdirilməsini təmin etmək;
Mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını təmin etmək;
Əsas anbar və ehtiyat hissələri anbarı üzrə mədaxil və məxaric, yerdəyişmə və silinmə sənədlərinin vaxtlı-vaxtında alınmasına və düzgün tərtib olunmasına, sistemə işlənilməsinə nəzarət etmək;
Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində iştirak etmək və İnventarizasiyanın nəticələrinin  mühasibat uçotunda düzgün əks edilməsini təmin etmək;
Cəmiyyətin daxili prosedurlarına əsasən yeni və təkrar istifadəyə yararlı hesab edilən ehtiyat hissələrinin uçotunun aparılmasına və bununla bağlı işlərə nəzarət etmək;
Baş mühasibin tapşırıqlarını yerinə yetirmək və s.
Tələblər:
İqtisadiyyat, maliyyə, muhasibat uçotu üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
MS Excel yüksək səviyyədə;
1C ( 8.3), 
İşgüzar, məsuliyyətli, ünsiyyətcil və təzyiq altında işləməyi bacarmaq.
İş şəraiti:
İş günləri: Həftənin 5 günü (İstirahət:şənbə, bazar)
İş vaxtı: 9:00-18:00 (Tam iş günü)
Əmək haqqı 1700 (bir min yeddi yüz) manat net.
Ünvan : Bakı şəhəri Suraxanı rayonu, Zığ-Hövsan yolu
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ucuz qiymətə ev və obyekt satılır - TƏCİLİ
"Az-Granata" işçi axtarır - MAAŞ 1500-1800 MANAT
TƏCİLİ! Ankarada yaşayan azərbaycanlı gəncə təcili qan lazımdır

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
Bakıda 33 yaşlı qadın başına daşla vurularaq qətlə yetirildi