Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84046
az

Masallıda 22 il əvvəl törədilən quldurluğun üstü açılıb

10:3008 Mart, 2023
130
KRİMİNAL
  • A

Masallıda 22 il əvvəl törədilən quldurluğun üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan  Oxu24.com-a bildirilib ki, 2001-ci ilin fevral ayının 16-da saat 21 radələrində Masallı rayonunun Yeyenkənd kəndində yaşayan Gülhüseyn Nəcəfovun evinə girmiş 3 nəfər maskalı şəxs onu avtomat və lüləsi kəsilmiş tüfənglə hədələyib 500 ABŞ dolları, rubl (məbləği müəyyənləşdirilir) pul, qızıl üzük və mobil telefonunu alaraq hadisə yerini tərk ediblər.

Faktla bağlı elə həmin vaxt CM-nin 181-ci (quldurluq) maddəsilə cinayət işi başlanıb.

Qeyd olunan cinayətin törədilməsilə əlaqədar bu günlərdə daxil olmuş əməliyyat məlumatları əsasında Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayəti törədənlərin şəxsiyyəti müəyyən edilib.

Belə ki, Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş 1964-cü il təvəllüdlü Cəlal Qəhrəmanov tutulub, cinayəti törətməkdə şübhəli bilinən digər iki nəfərin - 1967-ci il təvəllüdlü Cümşüd Nəzərovun və 1969-cu il təvəllüdlü Elşən Abbasovun vəfat etmələri məlum olub.

Tutulan C.Qəhrəmanov 22 il əvvəl birgə törətdikləri quldurluq cinayətini etiraf edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA
13 yaşlı qızı qaçıran 45 yaşlı mühafizəçiyə hökm oxundu
Bakıda vəzifəli şəxs hoteldə sevgilisini pəncərədən atdı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Mühafizəçini öldürən direktor müavini ilə bağlı RƏSMİ AÇIQLAMA