Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83990
az

Rəşad Dağlı ilə bağlı YENİ XƏBƏR: "Qətli kimin törətməsindən asılı olmayaraq..."

14:2707 Mart, 2023
227
ŞOU-BİZNES
  • A

Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) məhkəməsi olub. Meyxanaçı barəsində seçilmiş həbs qətimkan tədbiri 2 ay müddətinə uzadılıb. 

İstintaq müddətinin uzadılması isə cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəziləri onun istintaq müddətinin bilərəkdən uzadıldığını iddia edir. 

OXU24.COM  xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bu cinayət işinin sadə olmadığını bildirib. O, bu aylar ərzində rəsmi prosedurlara uyğun ekspertizanın aparıldığını qeyd edib: 

"Qətl işlərində çox sayda ekspertizalar keçirilir - məhkəmə tibbi, silahla bağlı, ruhi xəstəliyin olub-olmamasını təyin etmək üçün keçirilən ekspertizalar xeyli vaxt aparır. Mən güman edirəm ki, istintaq müddəti bu ekspertizalara görə uzanır. Həm də bu qətl məsələsidir, cinayətin hərtərəfli tədqiqatının apartılması vacibdir. Təkcə həmin gün baş verən cinayət araşdırılmır, məhkəmə həm də qətldən əvvəlki münasibətləri araşdırır, şahidləri dindirir. Bunlar hamısı aydınlaşdırılmalıdır. Qətlin tələm-tələsik, 2-3 aya istintaqını qurtarmaq mümkün deyil, praktikada heç vaxt belə olmayıb. Praktikada qətllə bağlı işlərin istintaqı ən aşağısı 7-8 ay davam edir. Görünür, Rəşad Dağlının işində də belə olacaq. Bu cür qətllərlə bağlı istintaq 7-8 aydan çox çəkmir, amma elə qətllər var ki, çoxepizodludur, onların istintaqı 1 il yarım, 2 ilə qədər uzanır. Qanun da buna imkan verir". 

Hüquqşünasın sözlərinə görə, cəmiyyətdə istintaq müddətinin qəsdən uzadılması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır: 

"Bu fikirlər əsassızdır. Qətli kimin törətməsindən asılı olmayaraq, şəxs həmin maddə ilə tövsif olunacaq. O, həmin maddədə də öz cəzasını alacaq. Tərəflər arasında hüquqi varislə barışıq olması, şikayətin olmaması müəyyən yüngülləşdirici hal kimi hesab oluna bilər, ancaq bu cəzanı çox azaltmır. Məsələn, cəza 12-13 deyil, 9-10 il ola bilər. Yüngülləşdirici hallar 1-2 il cəzanın azaldılmasına səbəb olur. 

Rəşad Dağlı üçün daha yüngül cəza mümkün deyil, çünki qanun var, məcəllə var. Mənim fikrimcə, ona ən aşağı 10 il həbs cəzası veriləcək". 

Xatırladaq ki, qətl hadisəsi ötən il noyabrın 9-u Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1979-cu il təvəllüdlü İskəndər Mehdiyev Rəşad Dağlı tərəfindən çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əli Mirəliyev yeni imicindan DANIŞDI:

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...