Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83963
az

Məhkumların hansı hüquqları var? - HÜQUQİ YARDIM 

16:3505 Mart, 2023
487
HÜQUQ
  • A

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu  məhbusların hüquqları ilə bağlıdır.

 

Məhkumların hansı hüquqları var?

 

Cəzaların İcrası Məcəlləsinin 10-cu maddəsində  Məhkumların əsas hüquqlarından bəhs edilir.

 

10.1. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların qanunvericiliklə nəzərdə tutulmuş hüquq və azadlıqları təmin olunur. Məhkumların hüquq və azadlıqları yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla bilər.

10.2. Cəzaların icrası və çəkilməsi zamanı məhkumların aşağıdakı hüquqları vardır:

10.2.1. cəzanı insan şəxsiyyətinə hörməti təmin edən şəraitdə çəkmək;

10.2.2. ictimai faydalı əməklə məşğul olmaq;

10.2.2-1. bədən tərbiyəsi və idmanla məşğul olmaq;

10.2.3. istirahət etmək;

10.2.4. pensiya və ya sosial müavinət almaq;

10.2.5. ilk tibbi yardım daxil olmaqla, tibbi rəydən asılı olaraq ambulator və ya stasionar şəraitdə tibbi yardım almaq;

10.2.6. öz hüquq və vəzifələri barədə, o cümlədən məhkəmə tərəfindən təyin edilmiş cəzanın icrası qaydası və şərtləri barəsində məlumat almaq;

10.2.7. hüquq və azadlıqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təklif, ərizə və şikayətlə dövlət dilində və ya başqa dildə müraciət etmək, zəruri hallarda isə bu məqsədlər üçün cəzanı icra edən müəssisə və ya orqan tərəfindən təqdim edilən tərcüməçi xidmətindən istifadə etmək;

10.2.7-1. cəzanın icrası və çəkilməsi ilə əlaqədar barəsində qəbul edilən qərarlara dair öz rəyini bildirmək və ya onlardan şikayət etmək; 

10.2.8. dini ayinlərin icra edilməsində iştirak etmək;

10.2.9. hüquqi yardım almaq;

10.2.9-1. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım almaq; 

10.2.10. təhsil almaq və peşə hazırlığı keçmək;

10.2.11. əcnəbi, vətəndaşlığı olmayan və ya qaçqın statusuna malik olan məhkumların qısa müddətdə şəxsi məsələlər üzrə öz dövlətlərinin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəlikləri ilə və ya onlara himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla əlaqəyə girmək;

10.2.12. cəzanın çəkilməsinin təxirə salınması və ya onun ləğv edilməsi, xəstəliyə görə cəzanı çəkməkdən azad edilməsi, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azad edilməsi, cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi, amnistiyanın tətbiq edilməsi, müalicə müəssisəsində saxlanma vaxtının cəzaçəkmə müddətinə daxil edilməsi, məhkumluğun vaxtından əvvəl götürülməsi üçün ərizə ilə məhkəməyə, əfv edilmək üçün isə Azərbaycan Respublikasının Prezidentinə bilavasitə və ya qanuni nümayəndələrinin vasitəsilə, habelə yetkinlik yaşına çatmayan və ya fiziki pozuntulardan, yaxud psixi xəstəlikdən əzab çəkən məhkumlar barəsində isə onların müdafiəçilərinin və qanuni nümayəndələrinin vasitəsilə müraciət etmək. 

10.3. Cəzaları icra edən müəssisə və ya orqanın işçi heyəti məhkumlara qarşı münasibətdə nəzakətli olmalıdır. Məhkumlar qəddar və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamalıdırlar. Məhkumlara məcburetmə tədbirləri yalnız qanuna əsasən tətbiq edilə bilər.

10.4. Məhkumlar onların həyat və sağlamlıqlarını təhlükə altında qoya bilən tibbi və ya başqa təcrübələrə məruz qala bilməzlər.

10.5. Məhkumların hüquqlarının həyata keçirilməsi qaydası bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilir.

10.6. Məhkumların hüquqlarının həyata keçirilməsi zamanı normativ hüquqi aktların, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulmasına yol verilmir.

 

Hazırladı: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Vəkillər Kollegiyasının futbol komandaları mötəbər beynəlxalq turnirində mükafatlar qazandı
"Qardaş ölkələrin təcrübəsinin öyrənilməsi çox əhəmiyyətlidir"- Kamran Əliyev
Ali Məhkəmənin hakimi təqaüdə göndərildi -FOTO

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
İsmayıllıda pirotexniki vasitələr satılan     mağaza   aşkarlandı