Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83961
az

Şoyqu Mariupola gedib -FOTO

11:2106 Mart, 2023
149
DÜNYA
  • A

Rusiya Müdafiə Nazirliyi üçüncü gündür ki, Rusiya naziri Sergey Şoyqunun Ukraynadakı döyüş bölgəsində olması ilə bağlı xəbərlər yayır.

Oxu24.com  Rusiya mediasına istinadən  xəbər  verir   ki, bazar ertəsi Rusiya Müdafiə Nazirliyi bildirib ki,  müdafiə naziri Sergey Şoyqu Mariupolda hərbi inşaatçıların işini yoxlayıb.

 

O, tikilməkdə olan və artıq istifadəyə verilmiş obyektlərin hazırlıq dərəcəsini də yoxlayıb. Səfərin nə vaxt baş verdiyini açıqlanmayıb.


Müdafiə Nazirliyinin məlumatına görə, Şoyqunun baş çəkdiyi iddia edilən obyektlərin siyahısına tibb məntəqəsi, təcili yardım mərkəzi və 12 beşmərtəbəli yaşayış binasından ibarət yeni mikrorayon daxildir.

Şoyqunun səfərinin dəqiq coğrafi nöqtələri göstərilməyib. Rusiya Müdafiə Nazirliyi  Şoyqunun  fotosunu, o cümlədən hərbi əməliyyatlar nəticəsində dağılan evlərin fonunda dərc edib.

Martın 4-də Rusiya Hərbi Departamenti bildirib  ki, nazir “Vostok” qruplaşmasının Cənubi Donetsk istiqamətindəki birləşmələrindən birinin “irəli komanda məntəqəsi”nə baş çəkib və orada qrupun komandiri Rüstəm Muradovun ona hesabat verib.

Bazar günü “Rusiya qoşunlarının birləşmiş qrupunun qərargahında” Şoyqu ilə digər qruplaşmaların liderləri arasında görüş barədə məlumat yayılıb.

 

Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Danimarka Gürcüstana 4 illik hərbi yardımını dayandırıb
İsrail Hizbullaha zərbə endirib
Aİ rusların ölkəyə girişini asanlaşdırdığı üçün Macarıstana qarşı tədbir görməyə çağırıb

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Ona 3 yazdığı üçün müəllimə xəsarət yetirdi- Həbs edildi