Avstraliyanın Makkuari adasının sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə ölkənin Dövlət Geologiya Bürosu məlumat yayıb.
Zəlzələnin episentri adadan təxminən 700 km qərbdə yerləşib.
Burada Avstraliya və Yeni Zelandiya alimləri yaşayır , həmçinin Avstraliya tədqiqat donanmasının yerləşdiyi Makkuari adası subarktik tədqiqat stansiyası yerləşir.
Yeraltı təkanların ocağı isə 10 kilometr dərinlikdə olub.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Nigar
Oxu24.com
ŞƏRHLƏR