Kürdəmir rayonunda bacılar dəm qazından boğularaq ölüb.
"Report"un xəbərinə görə, hadisə martın 5-də rayon Karrar kəndində qeydə alınıb.
Belə ki, 2012-ci il təvəllüdlü Qasımzadə Səma Elton qızı və 2014-cü il təvəllüdlü Qasımzadə Fəridə Elton qızının yaşadıqları evin həyətində yerləşən
hamamda dəm qazından boğularaq keçiniblər.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxu24.com
ŞƏRHLƏR