Martın 4-də xidməti vəzifələrini yerinə yetirərkən ermənilər tərəfindən basdırılmış minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Kamran Namiz oğlu dəfn olunub.
Oxu24.com-un məlumatına görə, şəhid baş leytenantın cənazəsi Neftçala şəhər qəbiristanlığında Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, K.Hüseynov Neftçala şəhərində anadan olub. O, subay idi.
Allah rəhmət eləsin!
Oxu24.com
ŞƏRHLƏR