Azərbaycanın Qarabağ bölgəsində erməni təxribatının qarşısı alınıb.
Oxu24.com “Caliber”ə istinadən xəbər verir ki, Azərbaycan tərəfi müəyyən müddətdə Ermənistan ərazisindən Laçın yoluna alternativ Xəlfəli yolundan Qarabağ bölgəsinə silah, sursat və canlı qüvvənin daşınması barədə siqnallar alıb.
"Bu gün növbəti analoji siqnalı alan əməliyyatçılarımız yerdə yoxlama aparmaq üçün yola çıxıblar. Bizim əməliyyatçılar yoldan keçən erməni avtomobilini saxlamaq istəyəndə onun sərnişinləri atəş açıblar. Cavab atəşi nəticəsində təxribat törədən polkovnik-leytenant Armen Babayan, mayor David Danielyan və leytenant Ararat Qasparyan zərərsizləşdirilib. Leytenant David Ovsepyan isə yaralanıb", - “Caliber” qeyd edib.
Bugünkü təxribat onu təsdiqləyir ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycana qarşı təxribat və təxribat törətməkdə, onun ərazisinə silah-sursat, habelə canlı qüvvə atmaqda davam edir. Məlumdur ki, Nikol Paşinyanın psevdosülhpərvər ritorikasına baxmayaraq, “miatsum” siyasətini davam etdirmək cəhdləri dayanmır.
Oxu24.com
ŞƏRHLƏR