Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
83876
az

Silahlı insidentlə bağlı xidmətini dayandıran hipermarket fəaliyyətini bərpa edib

12:0405 Mart, 2023
145
CƏMİYYƏT
  • A

Ötən gün Bakının Xətai rayonu, "Əhmədli" metrostansiyası yaxınlığında yerləşən "Bravo" hipermarketin girişində, müxtəlif banklara məxsus bankomatların və ödəniş terminallarının yerləşdiyi hissədə üçüncü tərəfin inkassasiya heyətinə edilən silahlı hücumdan sonra xidmətini fəaliyyətini müvəqqəti dayandıran hipermarket normal iş rejimini bərpa edib.

Oxu24.com xəbər verir ki, hipermarket artıq bu gün saat 07:00-dan etibarən fəaliyyətini davam etdirərək müştərilərin qəbulunu həyata keçirir.

Qeyd edək ki, hadisə zamanı odlu silahdan açılan atəş nəticəsində “Unibank”ın əməkdaşı Samir Şeydayev müxtəlif xəsarətlər alıb, onun mühafizəsini təşkil edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Rüfət Həşimov isə vəfat edib.

Hadisə nəticəsində hipermarketin müştəri və əməkdaşlarından xəsarət alan olmayıb.

İnsidentlə bağlı Baş Prokurorluq tərəfindən araşdırma aparılır. Rəsmi qurumlar tərəfindən verilən ilkin məlumata görə, silahlı insidenti törətməkdə şübhəli bilinən şəxslərdən biri - 2001-ci il təvəllüdlü Ruhlan İsmayılov zərərsizləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb, digər şəxs və ya şəxslərin də saxlanılması barədə əlavə məlumat veriləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Müəllim şagirdi stulla vurdu, cəzalandırıldı- Video
Ödənişli yoldan istifadə edən sürücülərin nəzərinə!- Video
Bu rayonlarda 8 dərəcəyədək    şaxta     var

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Ambulator dərman təminatına bu      tarixdə    başlanılacaq
İsmayıllıda pirotexniki vasitələr satılan     mağaza   aşkarlandı