Martın 4-də Xətai rayonu ərazisində yerləşən hipermarketdə silahlı insidenti törədənlərdən birinin saxlanma anının görüntüləri yayılıb.
Görüntülərdə basqın etmiş şəxs polis əməkdaşları tərəfindən maşına mindirilir.
Qeyd edək ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslərdən biri 2001-ci il təvəllüdlü Ruhlan İsmayılovun paytaxtın Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.O, saxlanılarkən avtomat silahdan polis əməkdaşlarına qarşı müqavimət göstərib.
Görülmüş tədbirlərlə o, zərərsizləşdirilib
Oxu24.com
ŞƏRHLƏR